“Nar” jurnalistlər üçün Nar bayramı media-turu təşkil edib
Azərbaycanın milli-mədəni irsinə bağlılıq nümayiş etdirən “Nar” Göyçayda təşkil edilmiş ənənəvi Nar bayramı ilə əlaqədar olaraq mətbuat nümayəndələri üçün media-tur təşkil edib. Müxtəlif maraqlı müsabiqələr və əyləncəli proqramla müşayiət olunan tədbir böyük bayram əhval-ruhiyyəsində keçib.
Tədbir zamanı “Nar” əməkdaşları jurnalistlər üçün təşkil edilmiş təqdimat çərçivəsində mobil operatorun fəaliyyət istiqamətləri, xüsusilə regionları əhatə edən fəaliyyətlər, bölgələrdə dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı verən “Yerlim” tariflər toplusu, şəbəkənin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər, 2017-ci il ərzində ölkə ərazisində qurulmuş yeni baza stansiyaları, işğaldan azad edilmiş ərazilərdə “Nar” şəbəkəsinin təmin edilməsi, səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən “HD-Voice” (High Definition Voice) xidmətinin təqdim edilməsi, ATM (Asynchronous Transfer Mode) texnologiyalı transmissiya xətlərinin müasir tələblərə cavab verən və daha keyfiyyətli rabitəni təmin edən IP (Internet Protocol) texnologiyasına əsaslanmış xətlərlə əvəz edilməsi və planlaşdırılan digər işlər barədə geniş məlumat veriblər.
“Nar” tərəfindən festival çərçivəsində təşkil edilmiş kompleks tədbirlər geniş ictimai marağa səbəb olub. Bayramda iştirak edən media nümayəndələri mobil operatorun təqdimatını maraqla izləyərək tədbirdən geniş reportaj hazırlayıblar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
“Nar” məhsul, xidmət, tarif və kampaniyaları barədə ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)





.jpg)



