BirKart-la UNEC-də təhsil haqqını hissə-hissə ödəmək olar
® Ölkədə təhsil sahəsinin inkişafına və bir sıra iri layihələrin keçirilməsinə dəstək olan Kapital Bank növbəti yeniliyini müştərilərə təqdim edib. Yeni aksiyadan övladı, özü və ya yaxını Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil alan BirKart taksit kart sahibləri yararlana bilər.
Şərtlərə görə, 10 oktyabr 2019-cu il tarixinədək, UNEC-də ödənişli əsasla təhsil alan tələbələr illik təhsil haqqını 12 aylıq taksitlə (bərabər hissələrlə) ödəyə bilərlər. Ödənilən məbləğə heç bir komissiya və ya əlavə faiz hesablanmır. Bunun üçün illik ödəniş haqqını universitetdə olan Kapital Bank POS terminalı vasitəsilə BirKart-la ödəmək lazımdır.
Ödəniş zamanı BirKart CashBack kartına məbləğin 1,5%-i geri qayıdacaq, BirKart Miles kartı üçün isə hər 1 manat 1 mil olaraq hesablanacaq. Məlumat üçün bildirək ki, yaxın zamanlarda digər ali məktəb və kolleclərlə də analoji aksiyalar təşkil olunacaq.
Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
2 d. əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
-
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
İyunun 9-da gözlənilən hava şəraiti
Təbriz küçəsi də yenilənir
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Ən çox oxunanlar
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib




















