Azərbaycan və Gürcüstan arasında yeni sənəd imzalanacaq
Sentyabrın 28-də Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin 20-ci iclası keçirilib. Videokonfrans formatında təşkil olunan tədbirə Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük-xidməti general mayoru Cavad Qasımov sədrlik edib.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, iclasda Azərbaycan ilə yanaşı, CAREC üzv ölkələrinin nümayəndələri, eləcə də Asiya İnkişaf Bankının, Ümumdünya Gömrük Təşkilatının və BMT-nin Avropa İqtisadi Komissiyasının ekspertləri iştirak ediblər.
Cavad Qasımov Gömrük Əməkdaşlıq Komitəsinin 20-ci iclasını açıq elan edərək bildirib ki, tədbirin əsas məqsədi ticarətin asanlaşdırılması və sərhəd-keçid proseslərində davamlı təchizat zəncirinin təmin edilməsi, pandemiya və postpandemiya dövründə avtomatlaşdırılma prosesləri və innovativ texnologiyalar, kağızsız ticarətin tətbiqinə dair fəaliyyət, "CAREC inteqrasiya edilmiş Ticarət gündəliyi 2030" və onun "2021-2023-cü illər üçün Strateji Fəaliyyət Planı", eləcə də digər aidiyyəti məsələlər ətrafında müzakirələrin aparılmasından ibarətdir. Vurğulanıb ki, xüsusilə, müasir dövrün tələblərini nəzərə alaraq ticarət təchizat zəncirində həyata keçirilən əməliyyatlar zamanı artıq süni intellektin tətbiqinə yer verilməsi və bu istiqamətdə həyata keçirilən işlərin daha yüksək səviyyədə yerinə yetirilməsi vacibdir.
Tədbirdə CAREC üzv ölkələrinin nümayəndələri tərəfindən (Azərbaycan, Çin Xalq Respublikası, Gürcüstan, Monqolustan, Pakistan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan) gömrük sistemlərində həyata keçirilən yeniliklər, səlahiyyətli iqtisadi operator səlahiyyətlərinin genişləndirilməsi, elektron "Bir pəncərə" sisteminin tətbiqi, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi sahəsində tətbiq edilən rəqəmsal layihələr barədə ətraflı məlumatlar iclas iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin, iclasda COVİD-19 pandemiyası və post-pandemiya dövründə ticarət təchizat zəncirinin davamlılığının təmin edilməsi və sərhədlərarası ticarətə zərbə vura biləcək planlaşdırılmamış hadisələrin öncədən qarşısının alınması istiqamətində həyata keçirilməli olan tədbirlərə dair məlumatlar müzakirə edilib.
İclas zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsinin təklifinə əsasən Asiya İnkişaf Bankı və CAREC İnstitutunun dəstəyi çərçivəsində elektron "bir pəncərə" sisteminin Azərbaycan və digər CAREC üzv dövlətləri tərəfindən tətbiqinin layihələndirilməsi məsələsinə baxılması qərarlaşdırılıb. Eləcə də CAREC nümayəndəsinin təklifi ilə "CAREC-in təkmilləşdirilmiş tranzit sisteminin və məlumatların ümumi mübadiləsinin pilot yoxlanılmasına dair üçtərəfli Saziş" layihəsinin Azərbaycan Respublikası ilə Gürcüstan arasında imzalanması istiqamətində işlərin başlanılmasına dair qərar qəbul edilib.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 17 saat sonra
- 56 d. əvvəl
-
-
1 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
1 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
Ən çox oxunanlar
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır






.jpg)
.jpg)







.jpg)




