Bioloji fəallığa malik qida əlavələri necə reklam edilməlidir?
Bioloji fəallığa malik qida əlavələri qida rasionunu zənginləşdirmək məqsədi daşıyır. Bu məhsullar bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərindən istifadə edilməklə farmasevtik formada hazırlanır və onların gündəlik qəbuletmə dozası müəyyənləşdirilir.
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bioloji fəallığa malik qida əlavələrinin reklamı sahəsində xüsusi tələblər müəyyən edilib. Belə ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, bioloji fəallığa malik qida əlavələrinin reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.
Bundan əlavə, tələblərə əsasən, bioloji fəallığa malik qida əlavələrinin reklamında:
-Onların dərman vasitəsi olmadığı barədə məlumat verilməlidir, həmçinin dərman vasitəsi və ya müalicə xüsusiyyətinə malik olması barədə təəssürat yaradılmamalıdır.
-Onlardan istifadə edənlərin xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına, bu məhsulların tədqiqinin nəticələrinə istinad etməklə, istifadə olunmasının faydası barədə tövsiyələr verilməməlidir.
-Bioloji fəallığa malik qida əlavələrinin üstünlükləri barədə məlumatlar verməklə, sağlam və təbii məhsullarla qidalanmadan imtinaya təhrik olunmamalıdır.
-Reklamlarda bu məhsulların istifadəçilərinə minnətdarlıq bildirilməməlidir.
Bioloji fəallığa malik qida əlavələrinin reklamının sifarişçisi reklam istehsalçısına və reklam yayıcısına onların tələbi əsasında aşağıdakı sənədlərin surətini təqdim etməlidir:
-Həmin məhsulların uyğunluq, mənşə, qida təhlükəsizliyi (sağlamlıq) sertifikatının və ya onların istehsalçısının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın surəti;
-İstifadəsinə dair təlimatın, bu təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda, müvafiq məlumat olan sənədin surəti;
-Reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surəti.
Ölkəmizdə mövcud olan reklam qanunvericiliyinə əsasən, istehlakçıları çaşdırmağa yaxud aldatmağa yönəldilmiş bu cür reklamlar və ya haqsız, qeyri-dəqiq və gizli reklamların yayımlanması nəticəsində haqsız rəqabətə yol verilməsinə görə məsuliyyət tədbirləri nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
7 d. əvvəl
Azərbaycanda həbs edilən Fransa şirkətinin rəhbərinin cəzası azaldıldı
-
7 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
12 d. əvvəl
Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
-
14 d. əvvəl
Mərkəzi Bank: Maliyyə sektorunun rəqəmsal inkişafı üçün yeni strategiya hazırlanır
- 17 d. əvvəl
-
27 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin bürünc medalçısı oldu
- 43 d. əvvəl
- 49 d. əvvəl
-
51 d. əvvəl
Kəlbəcərdə günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
Bu il Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramı qəbul olunacaq - 2027-2030-cu illəri əhatə edəcək
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Troni İnvestisiya Şirkəti”nin zərəri 2,4 dəfə azalıb
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 4 GÜN
Rəsmi məzənnələr açıqlandı

























